Bank Of Baku

Barak Obama varlılar üçün vergi güzəştlərinin müddətini uzatmağa razılaşıb

Barak Obama varlılar üçün vergi güzəştlərinin müddətini uzatmağa razılaşıb
# 07 dekabr 2010 07:29 (UTC +04:00)
Bakı - APA-Economics. ABŞ prezidenti Barak Obama Respublikaçılar Partiyasından olan opponentləri ilə vergi güzəştlərinin artırılması məsələsində razılığa gəlib.

APA-Economics”in “Associated Press”ə istinadən xəbərinə görə, razılaşmaya əsasən ABŞ-ın bütün vətəndaşları üçün vergilərin aşağı salınması proqramının müddəti daha 2 il uzadılıb.

Ağ Evin başçısı bu razılaşmaya, o cümlədən illik gəliri 250 min dolları ötən varlı amerikan ailələri üçün vergi güzəştlərinin artırılmasına könülsüz qol qoyduğunu etiraf edib: “Bu kompromis böhrandan sonrakı bərpa yolunda çox mühüm addımdır. Bunun nəticəsində özəl sektor əlavə stimul alaraq yeni iş yerləri açacaq”.

Qeyd edək ki, Corc Buşun dövründə tətbiq olunan fiziki şəxslər üçün vergi güzəştlərinin müddəti 2011-ci ildə başa çatırdı. Obama əvvəlcədən bəyan etmişdi ki, ildə 200 min dollar qazanan şəxslər və ya 250 min dollar gəliri olan ailələr üçün güzəştləri artırmaq niyyətində deyil.

ABŞ Konqresinin hesablamalarına görə, vergi güzəştlərinin müddətinin uzadılması uzaq perspektivdə ölkə büdcəsini 5 trln. dollar gəlirdən məhrum edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR