Bank Of Baku

Yanvarda «Bank of Baku»nun səhmdarlarının iclası keçiriləcək

Yanvarda «Bank of Baku»nun səhmdarlarının iclası keçiriləcək
# 07 dekabr 2010 07:42 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Gələn ilin yanvar ayının 21-də Azərbaycanın «Bank of Baku» ASC-nin səhmdarlarının növbədənkənar iclası keçiriləcək.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, iclasda səhmdarlar tərəfindən bankın Audit Komitəsinin tərkibindəki bəzi dəyişikliklərlə bağlı məsələlər müzakirə ediləcək.

Xatırladaq ki, «Bank of Baku» 1994-cü ilin fevral ayında «Tuqay Bank» adı ilə fəaliyyətə başlayıb. Bankın təsisçiləri rolunda Türkiyənin «NAB Dış Ticarət» şirkəti və bir neçə yerli fiziki şəxs çıxış edir. Cari ilin oktyabr ayının 1-nə bankın aktivlərinin həcmi 228,930 mln. manat, depozit portfeli 137,556 mln. manat, kredit portfeli 167,572 mln. manat, o cümlədən istehlak kreditlərinin həcmi 144,190 mln. manat, məcmu kapitalı 37,482 mln. manat, o cümlədən nizamnamə kapitalı 12,852 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR