Bank Of Baku

Avropa İttifaqının ən yaxşı və ən pis maliyyə nazirlərinin adı açıqlanıb

Avropa İttifaqının ən yaxşı və ən pis maliyyə nazirlərinin adı açıqlanıb
# 07 dekabr 2010 08:48 (UTC +04:00)
Bakı - APA-Economics. Almaniyanın maliyyə naziri Volfhanq Şoyble “The Financial Times” tərəfindən keçirilən sorğunun nəticələrinə əsasən Avropa İttifaqının ən yaxşı maliyyə naziri seçilib.

APA-Economics”in xəbərinə görə, ilk üçlüyü Yatsek Rostovski (Polşa) və ötən il reytinqə başçılıq edən Kristin Laqard (Fransa) tamamlayır.

Sonuncu yerdə İrlandiyanın maliyyə naziri Brayen Lenixan qərarlaşıb. Buna səbəb onun ölkəsinin 2010-cu ilin sonunda borc böhranı ilə üzləşməsi və nəticədə Avropa İttifaqının İrlandiyaya 100 mlrd. avro yardım etmək məcburiyyətində qalmasıdır.

Maraqlıdır ki, bundan əvvəl analoji situasiya ilə üzləşən Yunanıstanın maliyyə naziri George Papakonstantinu reytinqdə 8-ci yeri tutub.

Qeyd edək ki, reytinq cədvəli tərtib olunarkən rəyi soruşulan iqtisadçılar maliyyə nazirlərini 3 əsas prinsip - nazirin siyasi qabiliyyəti, ölkənin ümumi iqtisadi göstəriciləri və bazarlarının möhkəmliyi prinsipləri üzrə dəyərləndiriblər. 68 yaşlı Volfhanq Şoyble məhz ikinci və üçüncü göstəricilərə görə rəy sorğusunda qalib gəlib. Buna səbəb Almaniyanın cari ildə dayanıqlı artım nümayiş etdirməsidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR