Bank Of Baku

Azərbaycanda nağd dollarla əməliyyatların həcmi azalıb

Azərbaycanda nağd dollarla əməliyyatların həcmi azalıb
# 07 dekabr 2010 10:15 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda əhali tərəfindən kommersiya banklarından alınan nağd ABŞ dollarının həcmi 2010-cu ilin yanvar-oktyabr aylarında 4 093 286 900 dollara bərabər olub ki, bu da 2009-cu ilin analoji dövrünün göstəricisindən 15,6% azdır. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, əhali tərəfindən banklar vasitəsi ilə nağd dolların satış həcmi isə yanvar-oktyabrda 997 197 700 dollar təşkil edib və bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,7% azdır.

Nağd dollarla əməliyyatların həcminin azalması ölkədə konvertasiya əməliyyatlarına tələbatın azaldığını göstərir ki, bu da öz növbəsində həm ölkədaxili işgüzar fəallığın, həm də pərakəndə idxalın azalmasının nəticəsidir. Bundan əlavə, azalma tendensiyasına məzənnə qeyri-müəyyənliyi də təsir edib. Belə ki, oktyabr ayında dolların manata qarşı rəsmi məzənnəsi 0,24% enib, bu da illik azalmadan cəmi 0,03 faiz bəndi azdır. Belə ki, oktyabrda baş vermiş dolların ucuzlaşması illik azalma səviyyəsinin 89%-ni təşkil edib. Bu vəziyyətdə əhali dollarla əməliyyatlara müəyyən dərəcədə ehtiyatla yanaşıb.

Eyni zamanda, nağd dolların alışının satışı üstələməsi tendensiyası hələ də qüvvədədir. Göründüyü kimi, cari ilin yanvar-oktyabr ayları üzrə bu göstərici 4,1 dəfə, ötən ilin 10 ayı üzrə 4,3 dəfə, bütövlükdə 2009-cu il üzrə isə 4,1 dəfə təşkil edib.

Xatırladaq ki, 2009-cu il ərzində ümumilikdə əhali 1 418 760 000 dollar həcmində satış, 5 807 164 200 dollar həcmində isə alış əməliyyatları aparıb, bu da əvvəlki il ilə müqayisədə müvafiq olaraq 2,5% az və 16,9% çoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR