Bank Of Baku

«Azal Sığorta» nizamnamə kapitalını artırır

«Azal Sığorta» nizamnamə kapitalını artırır
# 07 dekabr 2010 10:48 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) «Azal Sığorta» ASC-nin adi adlı sənədsiz səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.

QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 465 manat, sayı 17,5 min ədəd, emissiyanın ümumi həcmi isə 8 137 500 manat təşkil edir. Emissiya «Azal Sığorta»nın bundan əvvəl qeydiyyata alınmış (hər birinin nominal dəyəri 400 manat olan 17,5 min ədəd – 7 mln. manatlıq) adi adlı sənədsiz səhmlərinin yeni parametrlərə konvertasiyası yolu ilə həyata keçiriləcək. Konvertasiya nəticəsində sığorta şirkətinin nizamnamə kapitalı 15,25% artaraq 8 137 500 manata çatacaq.

Qeyd edək ki, təsisçisi «Azərbaycan Hava Yolları» QSC olan «Azal Sığorta» şirkəti 1995-ci ildən fəaliyyət göstərir. Bu ilin ilk doqquz ayı ərzində şirkətin topladığı sığorta haqlarının həcmi 11,164 mln. manat təşkil edib. Hazırda «Azal Sığorta»nın nizamnamə kapitalı 7 mln. manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR