Bank Of Baku

Rusiyanın qızıl-valyuta ehtiyatları 14 mlrd. dollar azalıb

Rusiyanın qızıl-valyuta ehtiyatları 14 mlrd. dollar azalıb
# 07 dekabr 2010 12:24 (UTC +04:00)
Bakı - APA-Economics. Rusiyanın beynəlxalq (qızıl-valyuta) ehtiyatlarının həcmi cari ilin dekabr ayının 1-nə 483,063 mlrd. dollar təşkil edib.

APA-Economics”in xəbərinə görə, Rusiya Mərkəzi Bankının yaydığı hesabatda bildirilir ki, noyabrın 1-nə bu göstərici 497,082 mlrd. dollar olub.

Buradan aydın olur ki, noyabr ayında Rusiyanın beynəlxalq ehtiyatlarının həcmi 2,8% - 14 mlrd. dollar azalıb.

Rusiyanın qızıl-valyuta ehtiyatlarının həcmi bəzi Avropa ölkələrində yaranmış borc böhranı nəticəsində avronun kotirovkalarının aşağı enməsi və Mərkəzi bankın müdaxilələri səbəbindən azalıb.

Qeyd edək ki, 2010-cu il ərzində Rusiyanın ehtiyatları stabil şəkildə artıb. Amma oktyabrın sonunda 500 mlrd. dollardan aşağı enib. Rusiyanın beynəlxalq ehtiyatları Yaponiya və Çindən sonra dünyanın 3-cü ən nəhəng ehtiyatları sayılır. 2009-cu ildə bu ehtiyatların həcmi rekord səviyyəyə - 600 mlrd. dollara çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR