Bank Of Baku

Rusiya və Avropa İttifaqı arasında Ümumdünya Ticarət Təşkilatına üzvlüklə bağlı yekun saziş imzalanıb

Rusiya və Avropa İttifaqı arasında Ümumdünya Ticarət Təşkilatına üzvlüklə bağlı yekun saziş imzalanıb
# 07 dekabr 2010 12:58 (UTC +04:00)
Bakı - APA-Economics. Rusiya-Avropa İttifaqı sammiti ərəfəsində Moskva və Brüssel arasında Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlüklə bağlı ikitərəfli danışıqların yekunlaşması haqqında saziş imzalanıb.

APA-Economics”in “İnterfax”a istinadən xəbərinə görə, sazişi Rusiyanın iqtisadi inkişaf naziri Elvira Nabiullina və ticarət üzrə avrokomissar Karel de Qüxt imzalayıb.

Qeyd edək ki, Avropa İttifaqı Rusiyanın əsas ticarət tərəfdaşı və xarici sərmayələrin əsas mənbəyidir. Öz növbəsində Rusiya Avropa İttifaqının əsas enerji təchizatçısı və 3 nəhəng ticarət tərəfdaşından biridir. Beynəlxalq ticarətin liberallaşdırılması və üzv ölkələrin siyasi-ticari münasibətlərinin tənzimlənməsi üçün yaradılan ÜTT hazırda 150 ölkəni özündə birləşdirir. Adətən, hansısa ölkənin ÜTT-yə üzvlüyü ilə bağlı danışıqlar 5-7 il çəksə də, Rusiya bu sahədə rekord göstəriciyə imza atıb - 17 il.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR