Bank Of Baku

«Atəşgah» sığorta şirkəti reklam video çarxı üçün keçirdiyi müsabiqənin qaliblərini mükafatlandırıb

«Atəşgah» sığorta şirkəti reklam video çarxı üçün keçirdiyi müsabiqənin qaliblərini mükafatlandırıb
# 07 dekabr 2010 13:34 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Atəşgah» sığorta şirkəti ən yaxşı həvəskar video reklam çarxının çəkilməsi üçün keçirdiyi müsabiqənin qaliblərini mükafatlandırıb.
Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, on-line səsvermənin nəticələrinə əsasən, Elmdar Bayramov (layihə meneceri) səs çoxluğu (120 səs) ilə birinci, Emil Axundov (jurnalist) ikinci və Sabir Məşədizadə (tələbə) üçüncü yerin qalibi olublar. Tədbirdə «Atəşgah» sığorta şirkəti tərəfindən E.Bayramova Dubaya 5 günlük səyahət imkanı qazandıran mükafat təqdim olunub. Həmçinin, E.Axundov və S.Məşədizadəyə müsabiqədə uğurla iştirak etdiklərinə görə xüsusi diplomlar verilib. Bundan başqa, müsabiqədən kənar video reklam çarxı təqdim etdiyinə görə Fərid Yusifoğlu da xüsusi mükafat alıb.
Qeyd edək ki, video çarx «Atəşgah» sığorta şirkətinin pərakəndə məhsullarının birini – «Arxayın valideyn», «Arxayın sakin» və ya «Arxayın sürücü»nü reklam etməlidir. Müsabiqənin şərtlərində video çarxı çəkmək, daha sonra isə onu www.youtube saytında yerləşdirib linkini «Atəşgah» şirkətinə göndərmək tələb olunub.
Hazırlanan videoçarx «Facebook» sosial şəbəkəsində yerləşdirilib və bu ilin noyabr ayının 15-dən 20-dək şəbəkədə on-line səsvermə keçirilib.
Xatırladaq ki, «Atəşgah» sığorta şirkəti 1996-cı ilin dekabrında yaradılıb. «APA-Economics»in Maliyyə Nazirliyinin təqdim etdiyi rəqəmlər əsasında hazırladığı renkinqdə (bu ilin yanvar-sentyabr ayları) şirkət sığorta haqları (10,09 mln. manatla) üzrə beşinci, ödənişlər üzrə isə (3,88 mln. manat) üçüncü yerdə qərarlaşıb. Hazırda şirkətin Bakıda 5 ofisi, regionda isə 6 nümayəndəliyi fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR