Bank Of Baku

Azərbaycanda bankların xarici öhdəlikləri artıb

Azərbaycanda bankların xarici öhdəlikləri artıb
# 07 dekabr 2010 14:38 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının məcmu xarici öhdəliklərinin həcmi son bir ildə 700,4 mln. manat və ya 38,8% artaraq 2010-cu il noyabr ayının 1-nə 2 504 mln. manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, bu göstərici cari ilin əvvəlindən 571,7 mln. manat və ya 29,6%, o cümlədən, oktyabrda 208,6 mln. manat və ya 9,1% artıb:




Qeyd edək ki, bankların məcmu xarici aktivlərinin həcmi 2010-cu ilin noyabrın 1-nə 1 289,5 mln. manat təşkil edib, bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 107,3 mln. manat və ya 9,1% çoxdur. Bu göstərici yanvar-oktyabr aylarında 15,8 mln. manat və ya 1,2% artıb, lakin oktyabrda 68,3 mln. manat və ya 5% səviyyəsində azalma baş verib.

Belə ki, Azərbaycandakı kommersiya banklarının xarici öhdəlikləri məcmu xarici aktivləri 1 214,5 mln. manat və 94,2% üstələyir. Müqayisə üçün bildirək ki, 2008-ci ilin yekunları üzrə bu nisbət 868,8 mln. manat və ya 73,7%, 2009-cu ilin yekunlarına görə isə 658,6 mln. manat və ya 51,7% təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR