Bank Of Baku

«Atəşgah Sığorta» şirkəti yeni müsabiqə keçirir

«Atəşgah Sığorta» şirkəti yeni müsabiqə keçirir
# 08 dekabr 2010 06:37 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Atəşgah» sığorta şirkəti «Musiqi müsabiqəsi»nə start verib. Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, müsabiqədə ən yaxşı korporativ musiqilər üçün «Facebook» sosial şəbəkəsində on-line səsvermə keçiriləcək.

Qeyd edək ki, müsabiqənin şərtləri ilə ən yaxşı musiqini www.youtube saytında yerləşdirib linkini «Atəşgah» şirkətinin elektron ünvanına ([email protected]) göndərmək tələb olunur.

Xatırladaq ki, «Atəşgah» sığorta şirkəti 1996-cı ilin dekabrında yaradılıb. «APA-Economics»in Maliyyə Nazirliyinin təqdim etdiyi rəqəmlər əsasında hazırladığı renkinqdə (bu ilin yanvar-sentyabr ayları) şirkət sığorta haqları (10,09 mln. manatla) üzrə beşinci, ödənişlər üzrə isə (3,88 mln. manat) üçüncü yerdə qərarlaşıb. Hazırda şirkətin Bakıda 5 ofisi, regionda isə 6 nümayəndəliyi fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR