Bank Of Baku

Azərbaycanda bank sisteminin qeyri-neft iqtisadiyyatında rolu yüksəkdir

Azərbaycanda bank sisteminin qeyri-neft iqtisadiyyatında rolu yüksəkdir
# 08 dekabr 2010 07:09 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən bankların məcmu aktivlərinin ÜDM-ə nisbəti 2010-cu il noyabr ayının 1-nə 39,4% təşkil edib. «APA-Economics» xəbər verdiyi kimi, cari ilin əvvəli ilə müqayisədə bu göstərici 4,6 faiz bəndi artıb.

Dünya ölkələri, o cümlədən inkişafda olan ölkələrlə müqayisədə həmin göstərici hələ də aşağı səviyyədədir. Qeyd edək ki, inkişaf etmiş ölkələrdə bank aktivlərinin ÜDM-ə nisbəti 100%-dən çoxdur, bəzi ölkələrdə (Böyük Britaniya, Fransa, Almaniya) bank aktivləri ÜDM-i 2-3 dəfə üstələyir. İnkişafda olan ölkələrdə isə aktivlərin ÜDM-ə nisbəti təxminən 55-60% təşkil edir.

Məcmu aktivlərin ÜDM-ə nisbəti bank sisteminin iqtisadiyyatda rolunu göstərir. Lakin bu sahədə Azərbaycanın müəyyən xüsusiyyətləri nəzərə almaqla obyektivlik üçün daha bir sıra hesablamalar aparmaq vacibdir. Belə ki, Azərbaycanda bank aktivlərinin strukturunda müəyyən natarazlıq var ki, bu, ÜDM-ə nisbət qiymətləndiriləndə mütləq nəzərə alınmalıdır. Belə ki, aktivlərin təxminən 8,3%-i ev təsərrüfatları, 6,8%-i isə ticarət və xidmət sahələrinə verilən kreditlərin payına düşür ki, bu, real sektora aid olmayan sahələrdir və bu fakt nəzərə alınmalıdır. Bu halda «real» hesab oluna bilən aktivlərin ÜDM-ə nisbəti 24,3%-ə enir. Lakin eyni zamanda Azərbaycan iqtisadiyyatında neft sektorunun böyük paya və rola malik olmasına da diqqət yetirilməlidir. Digər tərəfdən, neft və qaz sahəsində bank aktivləri yoxdur və belə olan halda bank aktivlərinin qeyri-neft ÜDM-ə olan nisbətinin hesablanması daha düzgündür. Belə ki, bank aktivlərinin ümumi həcminin qeyri-neft ÜDM-ə nisbəti 93,4%-ə çatır, «real» aktivlərin qeyri-neft ÜDM-ə nisbəti isə 57,7%-ə bərabərdir ki, bu göstəricilərin hər ikisi qənaətbəxş hesab oluna bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR