Bank Of Baku

Beynəlxalq Sığorta Şirkəti «İlin sığorta şirkəti» seçilib

Beynəlxalq Sığorta Şirkəti «İlin sığorta şirkəti» seçilib
# 08 dekabr 2010 07:48 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın Beynəlxalq Sığorta Şirkəti (BSŞ) «İlin sığorta şirkəti» nominasiayası üzrə «Azeri Business Award» milli mükafatına layiq görülüb.

Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, mükafat ölkədə iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən, yüksək nailiyyətlər əldə etmiş şirkətlərə təqdim olunub.

Tədbirdə BSŞ-nin İdarə Heyətinin üzvü Elşad Əliyev çıxış edərək şirkətin fəaliyyət göstərdiyi 8 il ərzində əldə etdiyi uğurlar, həmçinin əhaliyə göstərilən sığorta xidmətləri, şirkətin iş praktikası və idarəetmə üsullarından danışıb.

Qeyd edək ki, bu mükafat 2010-cu il ərzində BSŞ-nin Azərbaycanın sığorta bazarında aldığı («Uğur» və «Qızıl Buta», Rusiyanın Azərbaycandakı Ticarət Nümayəndəliyinin «Proqress» mükafatı) dördüncü mükafatdır.

Xatırladaq ki, BSŞ 2002-ci ildə Azərbaycan Beynəlxalq Bankı tərəfindən təsis edilib. Şirkət müştərilərə 37 sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR