Bank Of Baku

Azərbaycanda avro ilə əməliyyatların həcmi artır

Azərbaycanda avro ilə əməliyyatların həcmi artır
# 08 dekabr 2010 08:07 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda 2010-cu ilin yanvar-oktyabr ayları ərzində əhali tərəfindən bank vasitəsi ilə satılmış nağd avro kütləsinin həcmi 76 464 700 avro, alış həcmi isə 809 349 000 avro təşkil edib. Azərbaycan Mərləzi Bankından «APA-Economics»ə verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə satışın həcmi 33,9%, alışın həcmi isə 42,5% artıb.

Qeyd edək ki, nağd avro ilə əməliyyatların həcminin artması nağd dollarla əməliyyatların azalması ilə paralel gedib. Belə ki, yanvar-oktyabr göstəriciləri üzrə illik müqayisədə nağd dolların alışı 15,6%, satışı isə 12,7% azalıb. Azərbaycanın nağd valyuta bazarında bu iki əsas valyutaların əks dinamikası onu göstərir ki, son zamanlar əhalinin dollara marağı tədricən avroya doğru istiqamətlənir. Adi halda bu valyutaların hər ikisi ilə əməliyyatların həcmləri artırdı, lakin dollar/manat və avro/manat məzənnələrinin kəskin dəyişməsi nəticəsində əhali tərəfindən avronu yığım valyutası qismində istifadəsini gücləndirib.

Qeyd edək ki, oktyabr ayında nağd dolların manata qarşı məzənnəsinin 0,2% ucuzlaşması fonunda nağd avronun məzənnəsi 1,8% yüksəlib, bu da nağd valyuta bazarına təsir göstərməyə bilməzdi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR