Bank Of Baku

Azərbaycanda kredit bürolarının yaradılmasına gələn ildən başlana bilər

Azərbaycanda kredit bürolarının yaradılmasına gələn ildən başlana bilər
# 08 dekabr 2010 09:46 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Azərbaycanda «Kredit büroları haqqında» qanun layihəsinin 2011-ci ildə qəbul olunacağı gözlənilir.

Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) «Azərbaycan və Orta Asiyada maliyyə infrastrukturunun təkmilləşdirilməsi üzrə məsləhət xidmətləri Layihəsi»nin nümayəndəsi Teymur Heybətov «APA-Economics»ə açıqlamasında bildirib ki, artıq Azərbaycan Mərkəzi Bankı «Kredit büroları haqqında» qanun layihəsini hazırlayıb və bu sənəd IFC ilə müzakirə olunub: «Qanun layihəsi standartlara uyğundur. Biz bununla bağlı öz şərhlərimizi vermişik və onlar da nəzərə alınıb».

Korporasiyada hesab edirlər ki, qanun layihəsi gələn il hökumətdə baxılandan sonra təsdiqlənmək üçün parlamentə təqdim oluna bilər. Qanun təsdiqlənəndən sonra isə ölkədə kredit bürolarının yaradılmasına start veriləcək.

Qeyd edək ki, indi yalnız banklardan (gələn ildən etibarən kredit təşkilatlarından da) məlumatlar toplayan Mərkəzi Bankın yanında Mərkəzləşdirilmiş Kredit Reyestrindən (MKR) fərqli olaraq, kredit büroları banklar, digər kredit təşkilatları, lizinq şirkətləri və kommunal xidmətlərin (işıq, qaz, su) operatorlarından, eləcə də mobil rabitə operatorlarından da məlumatlar alacaq. Bu məlumatlar əsasında ayrı-ayrı şəxslərin kredit ödəmə qabiliyyəti və ümumiyyətlə, ödəmə vərdişləri təhlil olunacaq.

Bundan başqa, kredit büroları başqa bir məhsulları da təklif edə - məsələn, banklara «skorinq» (müştərinin kredit qaytarma qabiliyyətinin müəyyən edilməsi) xidməti göstərə bilər. Digər tərəfdən, bankların müraciətinə uyğun olaraq kredit büroları onların müştərilərinin başqa banklardan da kredit götürüb-götürmədiyini araşdıracaq: «Bank yoxlamaq istəyir ki, kredit müddətində bu müştəri başqa yerdən kredit götürəcək, ya yox. Əgər müştəri bu müddət ərzində başqa bankdan da kredit götürürsə, banka bu barədə məlumat-hesabat gəlir. Bu məlumat banklara öz risklərini qiymətləndirmək və dəqiqləşdirmək üçün lazımdır».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR