Bank Of Baku

Azərbaycanda nağd pulun dövretmə əmsalı azalır

Azərbaycanda nağd pulun dövretmə əmsalı azalır
# 08 dekabr 2010 12:14 (UTC +04:00)
«APA-Economics»in hesablamalarına görə, ötən ilin yekunları ilə müqayisədə bu göstərici 1,6 bənd, 2008-ci ilin sonuna nisbətən isə 2,4 bənd azalıb.

Nağd pulların dövretmə əmsalı ölkədə istehsal edilmiş ÜDM-in milli valyutada olan nağd pul kütləsinə nisbəti kimi hesablanır və bir pul vahidinin hesabat dövrü ərzində neçə dəfə iqtisadiyyat və hesablamalarda dövr etməsini əks etdirir. Bu əmsalın dünya üzrə hər hansı bir vahid norması yoxdur, çünki iqtisadiyyatlar bir birindən fərqlənir, lakin hesab olunur ki, onun 4-5 səviyyəsində olması ən məqbul göstəricisidir. Göründüyü kimi, Azərbaycanda tədricən nağd pulların dövretmə əmsalı həmin normaya yaxınlaşır.

Nağd pulların dövretmə əmsalı və onun qeyd olunan normadan yuxarı olması iqtisadiyyatda bu üstələməyə mütənasib olan nağd pul çatışmazlığını göstərir. Bundan başqa, dövretmə əmsalının azalması nağd pulların artım tempinin ÜDM-in artım tempindən daha yüksək olması ilə bağlıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR