Bank Of Baku

AGBI indeksi 1,0001, ACBDI indeksi 0,4166, AMFBI indeksi 1,0001 təşkil edib

AGBI indeksi 1,0001, ACBDI indeksi 0,4166, AMFBI indeksi 1,0001 təşkil edib
# 09 dekabr 2010 06:27 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət istiqrazları (Dİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) indeksi 0,0234 və ya 2,4% artaraq dekabr ayının 9-nə 1,0001 təşkil edib.

«APA-ECONOMICS»in hesablamalarına görə, Azərbaycan Mərkəzi Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ACBDI (Azerbaijan Central Bank Debts Index) indeksi 0,5834 bənd və ya 58,3% azalaraq 0,4166 təşkil edib.

Azərbaycan İpoteka Fondu tərəfindən buraxılan istiqrazlar üzrə AMFBI (Azerbaijan Mortgage Fund Bonds Index) indeksi dəyişməyib və 1,0001-ə bərabər olub.

ACBDI indeksinin azalması dekabrın 8-də 7 mln. manat həcmində bir not buraxılışının dövriyyədən çıxarılması nəticəsində bazar kapitallaşmasının kəskin azalması səbəbindən baş verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR