Bank Of Baku

«Azər Asiya» sığorta şirkəti yanvarda rəsmən ləğv edilə bilər

«Azər Asiya» sığorta şirkəti yanvarda rəsmən ləğv edilə bilər
# 09 dekabr 2010 06:58 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Azər Asiya» Azərbaycan-İran sığorta şirkətinin səhmdarlarının yanvar ayının sonunda Bakıda keçiriləcək növbəti iclasında şirkətin ləğvi ilə bağlı konkret qərar qəbul oluna bilər. Bunu «APA-Economics»ə açıqlamasında «Azərsığorta» Dövlət Sığorta Kommersiya Şirkəti Hüquq Departamentinin direktoru Əfqan Mirzəyev bildirib.

Ə.Mirzəyevin sözlərinə görə, artıq şirkətin ləğvi ilə bağlı ilkin razılaşma əldə olunub və hər iki səhmdarın nümayəndəsinin itirakı ilə Ləğvetmə Komissiyası yaradılıb. Şirkətin hazırda təxminən 600 min manata yaxın borcu yığılıb.

Ləğvetmə Komissiyası «Azər Asiya» sığorta şirkətinin müvafiq təşkilatlara, o cümlədən dövlət büdcəsinə, kommunal ödənişlər və həyata keçirilməyən sığorta ödənişlərini tam ödənildikdən sonra şirkət səhmdarlar tərəfindən rəsmən ləğv ediləcək.

Xatırladaq ki, 2008-ci il fevral ayının 11-də Azərbaycan Maliyyə Nazirliyi «Azər-Asiya» sığorta şirkətinin lisenziyasının müddətini uzatmaqdan imtina edib. Şirkətin lisenziyasının dayandırılmasına əsas səbəb nazirlik tərəfindən aparılan yoxlamalar zamanı şirkətin sığorta qanunvericiliyinə əməl etməməsi və lisenziyanın tələblərinə və şərtlərinə uyğunsuzluğu olub.

Xatırladaq ki, təsisçisi İranın «Asiya Sığorta» (49%) və Azərbaycanın «Azərsığorta» Dövlət Sığorta Kommersiya Şirkəti (51%) olan «Azər-Asiya» 1997-ci ildən fəaliyyət göstərib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR