Bank Of Baku

Azərbaycanın daha bir sığorta şirkəti rebrendinq edib

Azərbaycanın daha bir sığorta şirkəti rebrendinq edib
# 09 dekabr 2010 07:13 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti tərəfindən «MBASK» sığorta şirkətinin adının «AXA MBASK» sığorta şirkətinə dəyişməsi ilə bağlı müddətsiz lisenziya verilib.

«AXA MBASK» sığorta şirkətindən «APA-Economics»ə verilən məlumata görə, brendin dəyişməsi ilə bağlı şirkətin rəsmi saytı yenidən hazırlanacaq, küçə reklamları, müxtəlif internet saytlarda yerləşdirilən reklam bannerləri yenisi ilə əvəz ediləcək. Bundan başqa, şirkətin bazarda bu adla tanınması üçün yeni reklam kampaniyasına başlaması da nəzərdə tutulub.

Qeyd edək ki, «MBASK» sığorta şirkətinin səhmdarlarının növbədənkənar iclasında şirkətin səhm nəzarət paketinin Fransanın «AXA Group»un törəmə müəssisəsi olan «AXA Seguros Generales» şirkətinə satılması ilə bağlı qərara qəbul edilib.

Xatırladaq ki, «AXA MBASK» sığorta şirkəti 1992-ci ildən «MBASK» sığorta şirkəti adı ilə fəaliyyətə başlayıb. Hazırda şirkətin səhmdarları rolunda «AXA Group»un törəmə müəssisəsi olan «AXA Seguros Generales» (51%) və fizki şəxs qismində Eldar Qəribov (49%) çıxış edir. Cari ilin dekabr ayının 1-nə şirkətin nizamnamə kapitalı 5,730 mln. manat təşkil edir. Şirkət 29 sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR