Bank Of Baku

«Expressbank»a «Uğurlu rebrendinq» mükafatı təqdim edilib

«Expressbank»a «Uğurlu rebrendinq» mükafatı təqdim edilib
# 09 dekabr 2010 07:57 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Expressbank» ASC «Uğurlu rebrendinq» nominasiyası üzrə «Azeri Buzness Award» Milli Mükafatına layiq görülüb.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, mükafat bankın rebrendinq siyasətinin düzgün, uğurlu və şəffaf həyata keçirilməsinə görə təqdim edilib.

Xatırladaq ki, «Expressbank» ASC 1989-cu ildən 2010-cu ilin mart ayınadək «Azərnəqliyyatbank» adı ilə fəaliyyət göstərib. Bankın səhmlərinin 100%-i hüquqi şəxslərə məxsusdur. Bu ilin oktyabr ayının 1-nə bankın aktivlərinin həcmi 202,352 mln. manat, depozit portfeli 154,920 mln. manat, kredit portfeli 39,542 mln. manat, məcmu kapitalı 45,556 mln. manat, o cümlədən nizamnamə kapitalı 41,0 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR