Bank Of Baku

Azərbaycanda bank əmanətçiləri arasında manata etibarlılıq artır

Azərbaycanda bank əmanətçiləri arasında manata etibarlılıq artır
# 09 dekabr 2010 08:19 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarında 2010-cu il noyabr ayının 1-nə yerləşdirilmiş fiziki şəxslərin əmanətlərinin 1 308,5 mln. manatı və ya 45,3%-i milli valyuta saxlanılan depozitlərin payına düşür. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, manatla olan əmanətlərin ümumi əmanətlərdə xüsusi çəkisi son bir ildə 6,5 faiz bəndi artıb. Cari ilin əvvəlində bu göstərici 41,4%, oktyabrın əvvəlində isə 44,5%- bərabər olub.

Manat əmanətlərinin xüsusi çəkisinin artması Azərbaycan əhalisi arasında əmanət siyasətində milli valyutaya olan etibarlığının yüksəlməsindən xəbər verir. Bu proses əsasən son üç ildə müşahidə olunur verir. Müqayisə üçün qeyd edək ki, manat əmanətlərin xüsusi çəkisi 2007-ci əvvəlində 30,5%, 2006-cı ilin əvvəlində hətta 11,3%, 2005-ci ilin əvvəlində isə 7,5% təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR