Bank Of Baku

Daha dörd sığorta şirkətinin əməkdaşları test imtahanından uğurla keçib

Daha dörd sığorta şirkətinin əməkdaşları test imtahanından uğurla keçib
# 09 dekabr 2010 08:56 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarəti Xidmətinin keçirdiyi növbəti test imtahanının nəticələri məlum olub.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, sığortaçıların, təkrarsığortaçıların və sığorta vasitəçilərinin rəhbər vəzifələrinə namizədlər və sığorta vasitəçiliyi fəaliyyətinə lisenziya almaq istəyən fiziki şəxslər üçün test imtahanlarında iştirak etmiş 13 nəfər rəhbər vəzifəyə namizəd olan şəxslərdən təqdim olunmuş 100 test sualının ən azı 70-nə düzgün cavab vermiş 6 iştirakçı, sığorta vasitəçiliyi fəaliyyətinə lisenziya almaq istəyən 20 nəfər fiziki şəxslərdən isə 4 nəfəri imtahandan müvəffəqiyyətlə keçib.

Qeyd edək ki, sığortaçıların rəhbər vəzifələrinə namizədlərin imtahanından müvəffəqiyyətlə keçən 6 nəfərdən 3-ü «Paşa Sığorta» ASC-dən, 1-i «A-Group» sığorta şirkətindən, 1-i «Standard Insurance», 1-i isə «AtaSığorta» ASC-dəndir. İmtahanları keçən 6 nəfər daxili audit xidmətinin rəhbəri, baş mühasib, aktuari və mətbuat xidməti kimi vəzifələri tutacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR