Bank Of Baku

İqtisadi Tədqiqatlar Mərkəzi: Noyabrda Azərbaycanda inflyasiya 2,75% olub

İqtisadi Tədqiqatlar Mərkəzi: Noyabrda Azərbaycanda inflyasiya 2,75% olub
# 09 dekabr 2010 09:18 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin noyabr ayında İqtisadi Tədqiqatlar Mərkəzi (İTM) tərəfindən Azərbaycanın 22 regionunda aparılan qiymətlərin statistik müşahidəsinin nəticələri açıqlanıb.

İTM-dən «APA-Economics»ə verilən məlumata görə, hesablamalara əsasən, ötən ay Azərbaycanda yaşayış minimumu əmək qabiliyyətli əhali üçün adambaşına 156,18 manat, pensiyaçılar üçün 137,14 manat, 0-14 yaşlı uşaqlar üçünsə 191,69 manat təşkil edib. Noyabrda əmək qabiliyyətli əhali adambaşına ərzağa minimum 98,80 manat, pensiyaçılar 85,63 manat, 0-14 yaşlı uşaqların valideynləri isə 112,71 manat xərcləməli olub.

Ay ərzində bazardakı qiymətlərlə əhalinin qeyri-ərzaq məhsullarına çəkdiyi minimum xərcləri işləyən əhali üçün 32,28 manat, pensiyaçılar üçün 29,25 manat, 0-14 yaşlı uşaqlar üçün 61,51 manat, xidmət xərcləri isə müvafiq olaraq 25,1 manat, 22,26 manat və 17,47 manat təşkil edib.

Xatırladaq ki, «Azərbaycanda 2010-cu il üçün yaşayış minimumu haqqında» qanunun əsasında ölkədə 2010-cu il üçün yaşayış minimumu 87 manat, əmək qabiliyyətli əhali üçün 96 manat, pensiyaçılar üçün 68 manat, uşaqlar üçün 72 manat məbləğində müəyyən edilib.

Qeyd edək ki, İTM-in hesablamalarına əsasən, bu ilin noyabr ayında Azərbaycanda istehlak qiymətləri 2,75% bahalaşıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR