Bank Of Baku

Rusiyanın maliyyə naziri: “DİN-də islahat aparmaq üçün vəsaitimiz yoxdur”

Rusiyanın maliyyə naziri: “DİN-də islahat aparmaq üçün vəsaitimiz yoxdur”
# 09 dekabr 2010 09:35 (UTC +04:00)
APA-Economics”in “RBK daily”yə istinadən xəbərinə görə, bu barədə Rusiyanın maliyyə naziri Aleksey Kudrinin baş nazir Vladimir Putinə məktubunda bildirilir.

Nazir məktubunda qeyd edib ki, sözügedən vəsaitin ayrılması yalnız 2012-ci ildə mümkün olacaq. Bu səbəbdən Rusiya polisi ilk 10 ayda yalnız kağız üzərində mövcud olacaq, onların vəsiqələri və polis şöbələrinin qarşısındakı lövhələr belə dəyişdirilməyəcək.

A.Kudrinin yazdığına görə, Maliyyə Nazirliyi “Polis haqqında” qanun layihəsi ilə bağlı bir sıra iradlarını açıqlayıb. Qanun layihəsində polisin bir sıra səlahiyyətlərinin maliyyə mənbələri göstərilməyib. Söhbət polislərə mənzil üçün subsidiya ayrılmasından, məcburi tibbi sığortanın tətbiqindən və ictimai nəqliyyatda pulsuz gedişdən gedir. Həmçinin obyektlərin təhlükəsizliyinin qiymətləndirilməsində polisin iştirakı, cinayətlərin açılmasına və cinayətkarların tutulmasına görə mükafatlandırma, məlumat bankının yaradılması və tətbiqi, döş nişanının və geyim formasının dəyişdirilməsinin maliyyələşdirilməsi ilə də bağlı açıq suallar var.

Bütün bu səbəblərdən Rusiya Maliyyə Nazirliyi “Polis haqqında” qanun layihəsinin 1 mart 2011-ci ildən qüvvəyə minməsinin əleyhinə olduğunu bəyan edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR