Bank Of Baku

AYİB Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi üçün tövsiyələr verib

AYİB Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi üçün tövsiyələr verib
# 09 dekabr 2010 10:33 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycanda qeyri-neft sektoruna aid məhsulların ixracatını artırmaq üçün işgüzar mühitin yaxşılaşdırılması, rəqabətin stimullaşdırılması və daha çox xarici strateji sərmayədarların cəlb edilməsi zəruridir. «APA-Economics»in məlumatına görə, bu barədə Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanla bağlı 2010-cu ildə yaydığı son «Keçid dövrü barədə Hesabat»ında bildirilir.

Azərbaycanın inkişaf üçün vacib olan islahatları artıq həyata keçirdiyini bildirən AYİB-in Türkiyə, Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya üzrə icraçı direktoru Oliver Deskamps qeyd edib ki, qeyri-neft sahəsində böhrandan çıxışın başlanğıcının qoyulması müsbət əlamət olub. Bununla yanaşı, onun sözlərinə görə, struktur islahatların həyata keçirilməsinin gedişi qeyri-sabit olub. Ölkə iqtisadiyyatının əksər sektorlarında ciddi keçid problemləri qalmaqdadır.

Hesabata əsasən, Azərbaycanın qarşısında duran başlıca vəzifə ölkənin öz iqtisadiyyatını şaxələndirməsidir. Sənəddə deyilir ki, ölkənin maliyyə sektoru ciddi böhranla üzləşdiyindən mühüm əhəmiyyətə malik əlavə islahatların həyata keçirilməsi tələb olunur. Bu islahatlar gücləndirilmiş rəqabət, özəlləşdirmə və ya tənzimləmə sahəsində dəyişikliklərin aparılması hesabına iqtisadiyyatın güclənməsinə və modernləşməsinə şərait yaratmalıdır.

İslahatların sürətləndirilməsinə yardım etmək və Azərbaycanın üzləşdiyi problemlərin bəzilərini həll etmək üçün AYİB öz fəaliyyətini əsasən ölkədə özəl sektorun inkişafının dəstəklənməsinə və daha cəlbedici investisiya mühitinin yaradılmasına yönəldəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR