Bank Of Baku

«Bank Standard»ın müştəriləri plastik kartın dizaynını özü myəyyənləşdirə bilər

«Bank Standard»ın müştəriləri plastik kartın dizaynını özü myəyyənləşdirə bilər
# 09 dekabr 2010 10:38 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın «Bank Standard» ASC «VISA Classic» plastik kartı üçün şəxsi dizaynla bağlı yeni xidmətini istifadəyə verib.

Bankdan «APA-Economics»ə verilən məlumata görə, «Bank Standard»ın veb-saytında müştərilərə «VISA Classic» plastik kartları üçün şəxsi dizayn seçməyə imkan verən yeni bölmə açılıb. Müştərilər istər kartın üz tərəfini, istərsə də əks tərəfini öz zövqünə uyğun tərtib edib həmin kartı internet səhifəsində, banka müraciət etmədən sifariş edə bilər.
Müştəri istədiyi şəkli bu saytda yerləşdirilmiş xüsusi qalereyadan və ya özünün şəxsi fotoşəkil arxivindən seçib dizayn üçün istifadə edə bilər. Şəxsi dizaynlı kart sifariş etməzdən əvvəl onun maketi müştəri tərəfindən saytın özündə on-line rejimində yaradılıb ona lazımi əlavə və dəyişikliklər edilə bilər.
Qeyd edək ki, www.bankstandard.com saytı müştəriyə öz zövqünə uyğun dizaynı tərtib etdikdən sonra həmin kartı elə oradaca sifariş etməyə, həmçinin hazır kartı almaq üçün onun uyğun gördüyü bank filalını seçməyə də imkan verir.
Şəxsi dizaynlı «VISA Classic» kartı ilə alınmış mal və göstərilən xidmətin haqqını ödəmək, bankomatlardan və bank ofislərindən nağd vəsait əldə etmək olar. Müştərinin istəyindən asılı olaraq kart hesabı manat, dollar və ya avroda açıla bilər. Kartın dəyəri 35 manat təşkil edır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR