Bank Of Baku

AYİB Azərbaycanda xüsusi dəstək verəcəyi sahələri açıqlayıb

AYİB Azərbaycanda xüsusi dəstək verəcəyi sahələri açıqlayıb
# 09 dekabr 2010 11:32 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycan üzrə 2010-2013-cü illəri əhatə edən yeni strategiyası çərçivəsində xüsusi dəstək verəcəyi sahələri dəqiqləşdirib. Bunlar sənaye, kommersiya və aqrar sənaye, maliyyə, enerji və infrastruktur sektorlarıdır.

Bakın Bakı ofisindən «APA-Economics»ə verilən məlumata görə, qeyri-neft sektorunun inkişafına yardım imkanlarını nəzərdən keçirən AYİB aqrar-sənaye sektorunun regional inkişaf baxımından potensialını və vacibliyini nəzərə alaraq, bu sahənin inkişafına xüsusi diqqət yetirməklə bütövlükdə sahibkarlıq sektorunda investisiya qoyuluşlarını həyata keçirəcək: «AYİB-in ən böyük dəstəyi maliyyə sektorunda hiss olunacaq».

Bank bildirir ki, özəl sektora, ələlxüsus kiçik və orta müəssisələrə səmərəli maliyyələşdirməni təmin etmək üçün maliyyə vasitəçiliyindən istifadəni gücləndirmək niyyətindədir. Bank bu sektorda rəqabətliliyin, konsolidasiyanın, eləcə də xarici sərmayə qoyuluşunun daha da artmasını təşviq edəcək. AYİB ipoteka maliyyələşdirməsi, lizinq və enerjidən səmərəli istifadə üzrə kredit xətlərinin inkişaf etdirilməsi kimi yeni maliyyə alətlərinin inkişaf etdirilməsinə yardım göstərəcək. Bank xüsusi olaraq Azərbaycanın regionlarında mikromaliyyələşdirmənin inkişafına dəstəyini gücləndirəcək və qeyri-bank maliyyə sektorunun genişləndirilməsini təşviq edəcək: «Avropa Yenidənqurma və İnkişaf Bankı öz investisiyaları ilə yanaşı, səriştə və bacarıqların yaradılması, borcların təhlili və risklərin idarə olunmasına əsaslı şəkildə texniki yardım təmin edəcək».

Xatırladaq ki, Azərbaycanda əməliyyatlara başlayandan bəri AYİB 114 layihəyə təqribən 1,2 mlrd. avro sərmayə qoyub ki, bu sərmayənin 60%-dən çoxu özəl sektorun inkişafına yönəldilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR