Bank Of Baku

Azərbaycanın «TBC Kredit» təşkilatı kredit üzrə şərtləri yumşaldıb

Azərbaycanın «TBC Kredit» təşkilatı kredit üzrə şərtləri yumşaldıb
# 09 dekabr 2010 12:34 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «TBC Kredit» bank olmayan kredit təşkilatı təklif etdiyi «Təcili Pul» girovsuz kredit üzrə müddəti və maksimal məbləği 2 dəfə artıraraq kreditləşmə şərtlərini yumşaldıb. Təşkilatdan «APA-Economics»ə verilən məlumata görə, beləliklə indi girovsuz kredit üzrə maksimal məbləğ 10 min manat, minimal faiz dərəcəsi isə Yeni il aksiyası ilə əlaqədar olaraq 20% təşkil edir. Bundan başqa, girovsuz krediti zaminsiz də əldə etmək mümkündür.

«Təcili Pul» girovsuz kreditdir və istənilən məqsəd üçün istifadə oluna bilər. Kredit minimal sayda sənəd təqdimatı əsasında 2 gün ərzində verilir.

Xatırladaq ki, «TBC Kredit» 1999-cu ilin dekabrında «Shore Overseas Azerbaijan Credit» (SOA Credit) qeyri-bank kredit təşkilatı adı ilə yaradılıb. «SOA Credit» qeyri-bank kredit təşkilatının brendi 2007-ci ilin may ayında dəyişərək «TBC Kredit» olub. Brendin dəyişməsi Gürcüstanın aparıcı bankı olan «TBC Bank» təşkilatının nizamnamə kapitalındakı 75%-lik iştirak payına malik olması ilə əlaqədar olub. Səhmlərin qalan 25%-i isə «ShoreBank International Ltd.»-yə məxsusdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR