Bank Of Baku

Rusiyanın maliyyə naziri Hesablama Palatasının sədrini büdcəni hökumətdən müdafiə etməyə çağırıb

Rusiyanın maliyyə naziri Hesablama Palatasının sədrini büdcəni hökumətdən müdafiə etməyə çağırıb
# 09 dekabr 2010 14:37 (UTC +04:00)
Bakı - APA-Economics. Rusiya baş nazirinin müavini, maliyyə naziri Aleksey Kudrin Hesablama Palatasının sədri Sergey Stepaşinə müraciət edərək, federal büdcəni hökumətdən müdafiə etməkdə kömək istəyib.

APA-Economics”in “İnterfax”a istinadən xəbərinə görə, A.Kudrin bu istiqamətdə öz səylərinin yetərli olmadığını əlavə edib.

“Hökumətin il ərzində büdcənin dəyişdirilməsi və yeni proqramlar təqdim etməklə bağlı səylərinin qarşısını alın. Təəssüf ki, hökumət qəfil, spontan qərarlar verir, yeni proqramlar isə büdcə Dövlət Dumasına təqdim olunandan və ya il ərzində büdcənin icrası zamanı peyda olur. Düzgün olmayan əsaslandırma səbəbindən proqramların dəyəri də əhəmiyyətli dərəcədə artır” - deyə nazirin müraciətində bildirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR