Bank Of Baku

BVF Qafqaz və Mərkəzi Asiya ölkələrinə fiskal konsolidasiyanı tövsiyə edir

BVF Qafqaz və Mərkəzi Asiya ölkələrinə fiskal konsolidasiyanı tövsiyə edir
# 09 dekabr 2010 14:50 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Beynəlxalq Valyuta Fondu (BVF) Qafqaz və Mərkəzi Asiya (QMA) ölkələrini fiskal konsolidasiyası aparmağa çağırıb. «APA-Economics»in məlumatına görə, bunu bu gün Bakıda Azərbaycan Diplomatiya Akademiyasında BVF-nin oktyabrda nəşr etdiyi QMA üzrə Regional İqtisadi Perspektivlər Hesabatının təqdimatını keçirən Fondun Yaxın Şərq və Mərkəzi Asiya üzrə iqtisadçısı Niklas Vestelius bildirib.

Onun sözlərinə görə, fiskal konsolidasiya əsasən regionda neft-qaz ixrac edən ölkələr aparmalıdır ki, ümumiyyətlə, regionda artıq bir neçə ölkə bu prosesə başlayıb.

N.Vestulius onu da bildirib ki, hazırda QMA regionunda cari hesab kəsiri hələ də qalmaqdadır və bunun aradan qaldırılması üçün maliyyə mənbələri axtarılmalıdır.

Region ölkələrində məzənnə siyasətindən danışan Fond rəsmisi ölkələri məzənnənin çeviklikliyini artırmağa çağırıb.

N.Vestelius həmçinin bildrib ki, böhranın geridə qalmasına baxmayaraq, regionda problemli kreditlər hələ də mövcuddur. Buna Fondun nümayəndəsi Qazaxıstanı misal olaraq gətirib: «Cənubi Qafqaz regionunda isə kreditlərin səviyyəsi böhrandan öncəki illərin səviyyəsinə qaytarılmaq üzrədir».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR