Tələb olunan kapitalın minimum məbləğinin təmin edilməsi tələbinin qüvvəyə minmə tarixləri | Sığortaçılar üçün tələb olunan kapitalın minimum məbləği | Təkrarsığortaçılar üçün tələb olunan kapitalın minimum məbləği |
01.01.2011-ci il | 3 mln. manat | 6 mln. manat |
01.01.2012-ci il | 4 mln. manat | 8 mln. manat |
01.01.2013-cü il | 5 mln. manat | 10 mln. manat |
Qərarın qəbul edilməsi zamanı dünya maliyyə böhranının sığortaçıların və təkrarsığortaçıların maliyyə vəziyyətinə, habelə ölkənin sığorta bazarının inkişaf dinamikasına təsirləri təhlil edilib və «Sığorta fəaliyyəti haqqında» qanununun 79.2-ci maddəsi rəhbər tutulmaqla, Azərbaycan Sığortaçılar Assosiasiyasının müraciəti nəzərə alınıb.
Qeyd edək ki, Maliyyə Nazirliyinin 2008-ci il iyulun 31-də keçirilən kollegiya iclasının qərarı ilə kapitalın minimum məbləği 01.01.2011-ci il tarixə sığortaçılar üçün 3,5 mln. manat (təkrarsığortaçılar üçün 7,0 mln. manat), 01.01.2012-ci il tarixə 5,0 mln. manat (10,0 mln. manat) müəyyən edilib.