Bank Of Baku

ABŞ prezidenti: ““Rusiyanın ÜTT-yə üzvlüyü dünya iqtisadiyyatı üçün səmərəli olacaq”

ABŞ prezidenti: ““Rusiyanın ÜTT-yə üzvlüyü dünya iqtisadiyyatı üçün səmərəli olacaq”
# 10 dekabr 2010 08:11 (UTC +04:00)
Bakı - APA-Economics. ABŞ prezidenti Barak Obama ixracat məsələsi üzrə müşavirləri ilə görüşündə Rusiyanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlüyünü tam dəstəklədiyini bəyan edib.

APA-Economics”in “Reuters”ə istinadən xəbərinə görə, prezident Rusiyanın ÜTT üzvü olacağına da inandığını bildirib.

“Rusiyanın ÜTT-yə üzvlüyü həm bu ölkə üçün, həm bizim üçün, həm də bütövlükdə dünya iqtisadiyyatı üçün səmərəli olacaq” - deyə Barak Obama qeyd edib.

Qeyd edək ki, beynəlxalq ticarətin liberallaşdırılması və üzv ölkələrin siyasi-ticari münasibətlərinin tənzimlənməsi üçün yaradılan ÜTT hazırda 150 ölkəni özündə birləşdirir. Adətən, hansısa ölkənin ÜTT-yə üzvlüyü ilə bağlı danışıqlar 5-7 il çəksə də, Rusiya bu sahədə rekord göstəriciyə imza atıb - 17 il. Hazırda Rusiya bu beynəlxalq təşkilata üzv olmayan yeganə nəhəng iqtisadiyyatlı ölkədir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR