Bank Of Baku

Avropa bankirləri borc böhranı ilə mübarizə planı təklif edirlər

Avropa bankirləri borc böhranı ilə mübarizə planı təklif edirlər
# 10 dekabr 2010 09:46 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Avropanın ən iri banklarından olan «Deutsche Bank»ın mütəxəssisləri borc böhranı ilə mübarizə üzrə xüsusi plan hazırlayıblar. «APA-Economics»in məlumatına görə, planda borc böhranından daha çox zərər çəkən ölkələrin (İrlandiya, İtaliya, Portuqaliya, İspaniya) istiqrazlarını alan kommersiya banklarına güzəştlərin təqdim edilməsi təklif olunur.

«Deutsche Bank»ın hesablamalarına görə, bu addım nəticəsində həmin ölkələrin istiqrazlarına təmin edilmiş tələbat artacaq və Avropa Mərkəzi Bankının bu sahədə maliyyə yükü azalacaq. Xatırladaq ki, hazırda bu istiqrazlara tələbatı təmin etmək üçün Avropa Mərkəzi Bankı qiymətli kağızları öz vəsaitləri hesabına almaq məcburiyyətindədir. Qeyd edək ki, təkcə ötən həftə ərzində Bank bu istiqrazların alınmasına 2 mlrd. avro xərcləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR