Bank Of Baku

Azərbaycanda sığorta aktuariləri lisenziyalaşdırılacaq

Azərbaycanda sığorta aktuariləri lisenziyalaşdırılacaq
# 10 dekabr 2010 10:15 (UTC +04:00)
Bunu «APA-Economics»ə açıqlamasında Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarəti Xidmətinin baş məsləhətçisi Turan Məmmədov bildirib.

T.Məmmədovun sözlərinə görə, qanuna ediləcək əlavə və dəyişikliklər zamanı aktuarilərin fəaliyyətinin lisenziyalaşdırılması məsələsinə xüsusi diqqət yetiriləcək.

T.Məmmədov bildirib ki, hazırda sığorta şirkətlərində aktuari kimi fəaliyyət göstərmək istəyən şəxslər müvafiq test imtahanından keçdikdən sonra sertifikat alırlar: «Növbəti ildə «Sığorta fəaliyyəti haqqında» qanuna ediləcək əlavə və dəyişikliklər təsdiqləndikdən sonra aktuari fəaliyyəti ilə məşğul olan şəxslər sertifikat deyil, müvafiq dövlət qurumu tərəfindən lisenziya almalı olacaq».

Qeyd edək ki, aktuari peşəkar olaraq sığorta şirkətinin tarifləri, ehtiyatları və öhdəliklərinin hesablanması ilə məşğul olan, riyazi statistika və ehtimal nəzəriyyəsi sahəsində işlər aparan mütəxəssisdir. Əsas olaraq aktuar hesablamalar həyat sığortası sahəsində aparılır.

Xatırladaq ki, «Sığorta fəaliyyəti haqqında» qanun 2008-ci ilin mart ayında qüvvəyə minib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR