Bank Of Baku

Azərbaycandakı banklarda müxbir hesablarında vəsaitlər kəskin artırıb

Azərbaycandakı banklarda müxbir hesablarında vəsaitlər kəskin artırıb
# 10 dekabr 2010 11:49 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən bank təşkilatlarında aktivlərin tərkib hissəsi olan müxbir hesablardakı vəsaitlərin həcmi 2010-cu il noyabr ayının 1-nə 1 128,92 mln. manat təşkil edib. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, bu göstərici cari ilin əvvəlinə nisbətən 284,32 mln. manat və ya 33,7% artdığı halda, təkcə oktyabrda artım 310,3 mln. manat və ya 38%-ə bərabər olub.

Bununla yanaşı, banklar oktyabr ayında nağd vəsaitlərin həcmini də artırıb. Belə ki, bu göstərici ilin əvvəlindən 17,97 mln. manat və ya 3,9%, o cümlədən oktyabrda 15 mln. manat və ya 3,2% artaraq 484,19 mln. manata çatıb.

Qeyd edək ki, müxbir hesabları və nağd vəsaitlər «işləməyən aktivlər»ə aid olunur, çünki bu növ aktivlər banklara gəlir gətirmir. Bu vəsaitlərin artması əsasən iki amil ilə bağlıdır. Bu ilk növbədə bankların öhdəlikləri yerinə yetirmək məqsədi ilə ən likvid vəsaitlər topladığını əks etdirir. Bundan başqa, müxbir hesabları və nağd vəsaitlərin artması banklarda likvidliyin çoxalması və kreditləşmədə müəyyən dərəcədə problemlərin mövcudluğunu göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR