Bank Of Baku

BVF: Qafqaz və Mərkəzi Asiya regionunda dövlət idarəetməsi sektoru üzrə büdcə saldosunun ÜDM-ə ən yüksək nisbəti Azərbaycanda gözlənilir

BVF: Qafqaz və Mərkəzi Asiya regionunda dövlət idarəetməsi sektoru üzrə büdcə saldosunun ÜDM-ə ən yüksək nisbəti Azərbaycanda gözlənilir
# 10 dekabr 2010 12:59 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu il və gələn il Qafqaz və Mərkəzi Asiya (QMA) regionunda dövlət idarəetməsi sektoru üzrə büdcə saldosunun ÜDM-ə ən yüksək nisbətinin Azərbaycanda olacağı proqnozlaşdırılır. «APA-Economics»in məlumatına görə, bu proqnoz Beynəlxalq Valyuta Fondunun QMA regionu üzrə tərtib etdiyi Regional İqtisadi Perspektivlər Hesabatında əks olunub.

Hesabatda qeyd olunur ki, 2010-cu ilin yekununda Azərbaycanda dövlət idarəetməsi sektoru üzrə büdcə saldosunun ÜDM-ə nisbəti 13,9%, 2011-ci ildə isə 14,4% təşkil edəcək. Bu da QMA ölkələri arasında ən yüksək göstəricidir. Belə ki, Gürcüstanda həmin göstəricinin müvafiq olaraq -6,1% və -4,5%, Ermənistanda -4,8% və -3,9%, Qazaxıstanda -2,8% və -2%, Qırğızıstanda -12% və -8,5%, Tacikistanda -4,4% və -5,1%, Türkmənistanda 2,8% və 1,3%, Özbəkistanda isə 2,2% və 2,4% təşkil edəcəyi gözlənilir.

Göründüyü kimi, QMA ölkələri arasında təkcə Azərbaycan, Türkmənistan və Özbəkistanda dövlət idarəetməsi sektoru üzrə büdcə saldosunun ÜDM-ə nisbətinin müsbət olacağı proqnozaşdırılır.

Xatırladaq ki, Beynəlxalq Valyuta Fondunun proqnozlarına əsasən, bu il Azərbaycanda ÜDM-in artım tempi 4,3%, gələn il isə 1,8% təşkil edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR