Bank Of Baku

«BE&G» sığorta şirkəti rebrendinq edib

«BE&G» sığorta şirkəti rebrendinq edib
# 10 dekabr 2010 14:22 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «BE&G» sığorta şirkətinin səhmdarlarının qərarı ilə şirkətin adı «Meqa Sığorta»ya dəyişib.

Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, şirkətin səhmdarları və menecment heyətində aparılan dəyişiklikdən sonra rebrendinq işlərinin həyata keçirilməsinə qərara verilib.

Rebrendinq siyasəti həyata keçirilməzdən əvvəl qüvvədə olan bütün sığorta haqları və riskləri digər sığorta şirkətlərinə ötürülüb. Eyni zamanda, baş ofisin ünvanı dəyişib, bölgələrdə mövcud olan filiallar müvəqqəti olaraq fəaliyyətini dayandırıb.

Mövcud sığorta lisenziyasına uyğun olaraq, hazırda şirkət müştərilərə 26 könüllü və 4 icbari sığorta növü üzrə xidmət göstərir.

Qeyd edə ki, səhmdar kapitalı fiziki şəxslər arasında bölüşdürülməklə, İdarə Heyətinin sədri vəzifəsinə əvvəllər şirkətin sədr müavini vəzifəsində çalışmış Əfqan Murtuzayev təyin olunub.

Xatırladaq ki, səhmdarı yeddi yerli fiziki şəxs olan «BE&G» sığorta şirkəti 1998-ci ildə «Naxçıvan» sığorta şirkəti kimi fəaliyyətə başlayıb. Lakin 2001-ci ildə şirkətin brendi «BE&G»ə dəyişdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR