Bank Of Baku

AGBI indeksi 1,0337, ACBDI indeksi 1,0000, AMFBI indeksi 1,0001 təşkil edib

AGBI indeksi 1,0337, ACBDI indeksi 1,0000, AMFBI indeksi 1,0001 təşkil edib
# 13 dekabr 2010 06:56 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət istiqrazları (Dİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) indeksi 0,0336 bənd və ya 3,4% artaraq dekabr ayının 13-nə 1,0337 təşkil edib.

«APA-ECONOMICS»in hesablamalarına görə, Azərbaycan Mərkəzi Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ACBDI (Azerbaijan Central Bank Debts Index) indeksi dəyişməz qalaraq 1,0000 təşkil edib.

Azərbaycan İpoteka Fondu tərəfindən buraxılan istiqrazlar üzrə AMFBI (Azerbaijan Mortgage Fund Bonds Index) indeksi də dəyişməyib və 1,0001-ə bərabər olub.

AGBI indeksinin artması dekabrın 10-da iki dövlət istiqrazları emissiyasının yerləşdirilməsi ilə bağlı olub. Emissiyaların məcmu həcmi 8 mln. manat təşkil edib ki, nəticədə bazarın kapitallaşması artıb və bu, indeksinin yüksəlməsinə səbəb olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR