Bank Of Baku

«Paşa Həyat» sığorta şirkətinin formalaşması prosesi başa çatır

«Paşa Həyat» sığorta şirkətinin formalaşması prosesi başa çatır
# 13 dekabr 2010 07:37 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Paşa Sığorta» şirkətinin nümayəndə heyəti Şərqi Avropa və MDB ölkələrində həyat sığortası üzrə VI beynəlxalq konfransda iştirak edib.

Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, Moskvada (Rusiya) keçirilən «Life & Pension Insurance in Eastern Europe and CIS» konfransı həyat sığortası üzrə mütəxəssislərin əsas regional forumu hesab olunur və konfransda ənənəvi olaraq region ölkələrinin sığorta rəhbərləri və aparıcı ekspertləri iştirak edir.

Bu konfransda məruzəçilər sırasında Almaniyanın «Hannover Life Re», Fransanın «SCOR Life Global», Almaniyanın «Allianz ROSNO Life», İtaliyanın «Generalli Life», Rusiyanın «SOQAZ Həyat», həmçinin Şərqi Avropa və MDB bazarının digər aparıcı şirkətləri təmsil olunub.

Konfransda «Paşa Həyat» sığorta şirkətinin yaradılması layihəsinin rəhbəri Mürsəl Rüstəmov bildirib ki, «Paşa Sığorta» şirkəti korporativ və bank müştəriləri üçün həyat sığortası sahəsində ciddi təcrübə toplayıb və bu sahədə qazanılmış beynəlxalq əlaqələrə malikdir: «Artıq biz gələcəkdə müştərilərə yüksək keyfiyyətli və eyni zamanda beynəlxalq standartlara cavab verən sərfəli həyat sığortası məhsulları təklif edəcək ixtisaslaşmış «Paşa Həyat» sığorta şirkətinin formalaşması prosesini başa çatdırırıq».

Xatırladaq ki, «Paşa Holding» Şirkətlər Qrupuna daxil olan «Paşa Sığorta» şirkəti 2006-cı ildən fəaliyyət göstərir. Cari ilin dekabr ayının 1-nə şirkətin cəmi aktivlərinin həcmi 35 mln. manat, nizamnamə kapitalı isə 20 mln. manat təşkil edib. Şirkət müştərilərə 31 sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR