Bank Of Baku

«Bank of Azerbaijan» yeni depozit kampaniyasına başlayıb

«Bank of Azerbaijan» yeni depozit kampaniyasına başlayıb
# 13 dekabr 2010 07:49 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Bank of Azerbaijan» ASC Yeni İl bayramı ilə əlaqədar «Yeni il» adlı depozit aksiyasına başlayıb.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, 2011-ci il yanvar ayının 5-dək davam edəcək aksiyanın şərtlərinə əsasən, 3 ay müddətinə yerləşdirilən əmanətə (manat və dollar üzrə) illik 10%, 6 ay müddətinə illik 14%, 12 ay müddətinə yerləşdirilən əmanətlərə isə illik 15% səviyyəsində gəlirlik hesablanacaq.
Qeyd edək ki, bankda 500 manat (və ya dollar) məbləğində depozit açan müştəri əmanətin müddəti qədər və əmanət məbləğinin 80%-nədək illik 22%-lə kredit xətti ilə «Visa» kredit kartı hədiyyə alacaq.
Xatırladaq ki, səhmdarları «NEM Holding» (1%) və iki fiziki şəxs (99%) olan «Bank of Azerbaijan» ASC 1993-cü ildən fəaliyyət göstərir. Cari ilin oktyabr ayının 1-nə bankın aktivlərinin həcmi 166,482 mln. manat, depozit portfeli 71,307 mln. manat, kredit portfeli 130,074 mln. manat, məcmu kapitalı 25,378 mln. manat, o cümlədən nizamnamə kapitalı 23,5 mln. manat təşkil edib. Hazırda bankın ölkə üzrə 12 filialı, 28 bankomatı və 162 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR