Bank Of Baku

Ötən ay ABŞ-da büdcə kəsiri 150 mlrd. dollar təşkil edib

Ötən ay ABŞ-da büdcə kəsiri 150 mlrd. dollar təşkil edib
# 13 dekabr 2010 08:03 (UTC +04:00)
Bakı - APA-Economics. Cari ilin noyabr ayında ABŞ federal büdcəsinin kəsiri 150 mlrd. dollar təşkil edib.

APA-Economics”in xəbərinə görə, bu barədə Birləşmiş Ştatların Maliyyə Nazirliyi açıqlama yayıb.

Açıqlamada bildirilir ki, bu, ötən illərin analoji dövrləri ilə müqayisədə ən pis göstəricidir. 2009-cu ilin noyabr ayında ABŞ-ın büdcə kəsiri 120 mlrd. dollar olub.

Hesabat dövründə büdcə xərcləri 299 mlrd. dollar yüksəlib. Ötən ay bu göstərici 286 mlrd. dollar, ötən ilin noyabr ayında isə 254 mlrd. dollar olub. Büdcəyə daxilolmalar ötən ilin müvafiq dövrü ilə müqayisədə 15 mlrd. dollar artaraq 149 mlrd. dollara çatıb.

Oktyabrın 1-dən başlayan 2010-2011-ci maliyyə ilinin ilk iki ayında ABŞ hökuməti 291 mlrd. dollar büdcə kəsiri qeydə alıb. Ötən ilin müvafiq dövründə bu göstərici 297 mlrd. dollar təşkil edib.

Qeyd edək ki, ABŞ büdcəsi artıq 26-cı aydır kəsirlə müşahidə olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR