Bank Of Baku

«Texnikabank»ın depozit portfeli son bir ildə 41% genişlənib

«Texnikabank»ın depozit portfeli son bir ildə 41% genişlənib
# 13 dekabr 2010 10:40 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Texnikabank» ASC-nin aktivlərinin həcmi 2010-cu il dekabr ayının 1-nə 486,530 mln. manat təşkil edib ki, bu da 2009-cu ilin dekabrın 1-nə olan analoji göstərici ilə müqayisədə 4,7% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın depozit portfeli 41% genişlənərək 239,916 mln. manat, kredit portfeli 6,7% artaraq 367,783 mln. manat, o cümlədən istehlak kreditlərinin həcmi 27,773 mln. manat olub.

Bununla yanaşı, bankın məcmu kapitalı 11,25% artaraq 64,752 mln. manat, o cümlədən nizamnamə kapitalı 29% artaraq 53,685 mln. manat təşkil edib.

Qeyd edək ki, cari ilin yanvar-noyabr aylarında bankın ümumi gəlirləri 57,468 mln. manat, xərcləri isə 48,232 mln. manat olub. Nəticədə, bu müddət ərzində bankın əldə etdiyi mənfəətin həcmi 9,236 mln. manat təşkil edib.

Xatırladaq ki, «Texnikabank» 1993-cü ildən fəaliyyət göstərir. Hazırda bankın 35 filialı, 60 bankomatı, 150 POS-terminalı 621 işçisi mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR