Bank Of Baku

Azərbaycanın tədiyə balansının müsbət saldosu kəskin artıb

Azərbaycanın tədiyə balansının müsbət saldosu kəskin artıb
# 13 dekabr 2010 12:03 (UTC +04:00)
Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, əvvəlki illərdə olduğu kimi 2010-cu ilin ilk üç rübündə xarici iqtisadi əməliyyatlar neft-qaz sektoru üzrə müsbət saldoya, qeyri-neft sektoru üzrə isə mənfi saldoya malik olub. Neft-qaz sektoru üzrə ümumi daxilolmalar əsasən neft və təbii qazın ixracı və bu sektora cəlb edilən xarici kapitalın hesabına formalaşır. Bu sektor üzrə ödənişlər isə mənfəətin və investisiyaların repatriasiyası, avadanlıq və xidmətlərin idxalını əks etdirir. Ümumi nəticədə hesabat dövründə neft-qaz sektoru üzrə yaranmış müsbət saldo ümumilikdə 15,3 mlrd. dollar olub.

Tədiyə balansının cari əməliyyatlar hesabında 12 mlrd. dollar məbləğində profisit yaranıb, o cümlədən neft-qaz sektoru üzrə cari hesabın profisiti 15,4 mlrd. dollar məbləğində olub. Bu profisit qeyri-neft sektoru üzrə cari hesabın 3,4 mlrd. dollar məbləğində kəsiri tam ödəməyə imkan verib.

Tədiyə balansının əsas göstəriciləri

(mln. USD)

 

2009-cu il, 9 ay

2010-cu il, 9 ay

I.Cari əməliyyatlar
hesabının saldosu                                 7 090,9                                                 11 977,1
Xarici ticarət balansı                                10 068,5                                               15 417,7
Xidmətlər balansı                                      - 917,7                                               - 1 152,0
Gəlirlər balansı                                       - 2 538,0                                               - 2 685,6
- İnvestisiya gəlirlərinin repatriasiyası        - 2 340,0                                               - 2 216,1
Cari transfertlər balansı                                478,1                                                    397,0

II.Kapitalın və maliyyənin
hərəkəti hesabının saldosu               - 6 156,7                                                  - 3 673,0
Birbaşa investisiyalar                                    96,1                                                      325,8
- Azərbaycana cəlb olunmuş                     2 104,9                                                    2 271,9
- Xaricə yönəldilmiş                                  - 225,9                                                     - 170,4
- İnvestisiyaların repatriasiyası                - 1 782,9                                                   - 1 775,7
Kreditlər və digər investisiyalar               - 6 252,8                                                   - 3 998,8

III.Tədiyə balansının
ümumi saldosu                                       934,2                                                       8 304,1



Cari ilin 9 ayı ərzində xarici ticarət dövriyyəsi 24,7 mlrd. dollar təşkil edib və, göründüyü kimi, xarici ticarət balansı 15,4 mlrd. dollar məbləğində müsbət saldo ilə nəticələnib. Bu müddət ərzində Azərbaycanın dünyanın 140-dan çox dövləti ilə ticarət əlaqələri olub. Xarici ticarətin 12%-i MDB üzvü olan dövlətlərin, 88%-i isə digər xarici dövlətlərin payına düşüb.

Tədiyə balansına əsasən, hesabat dövründə əmtəə ixracı 20,1 mlrd. dollar təşkil edib. İxrac olunmuş malların strukturunda neft-qaz məhsullarının payı 95,2% olub. Xarici dövlətlərə 18,4 mlrd. dollarlıq neft məhsulları ixrac olunub, ixrac olunmuş neft məhsullarının 1 164,6 mln. dolları neft emalı məhsulları, 17,3 mlrd. dolları isə xam neftin payına düşür. İxrac olunmuş xam neftin 16,3 mlrd. dolları Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) tərəfindən hasil olunmuş neftin ümumi dəyəridir. İxrac olunmuş ümumi xam neftin 943,6 mln. dolları isə digər müəssisələr tərəfindən xaricə göndərilib ki, bunun da 87,6 mln. dolları «Şahdəniz» yatağından hasil edilmiş kondensatın, 855,9 mln. dolları isə ARDNŞ-in payına düşür.

Qeyd edək ki, 2010-cu ilin yanvar-sentyabr aylarında ölkənin qeyri-neft ixracı 974,5 mln. dollar təşkil edib.

(mln. USD)

İxracın strukturu

 

2009-cu il, 9 ay

2010-cu il, 9 ay

Yanacaq-xammal məhsulları

14 180,0

19 301,1

- neft-qaz məhsulları

14 018,0

19 105,6

-digər xammal

162,0

195,5

Maşın və avadanlıq

214,8

287,2

İstehlak malları

370,8

479,3

Digər mallar

24,5

12,6

İxrac cəmi

14 790,1

20 080,2



Hesabat dövründə Azərbaycanın əmtəə idxalının ümumi dəyəri 4,7 mlrd. dollar təşkil edib. İstehlak malları idxalının ümumi dəyəri 2 105,2 mln. dollar olub ki, bunun da 727,2 mln. dolları ərzaq məhsullarının payına düşüb:

(mln. USD)

İdxalın strukturu

 

2009-cu il, 9 ay

2010-cu il, 9 ay

İstehlak malları

2 020,1

2 105,2

- ərzaq məhsulları

609,9

727,2

- qeyri-ərzaq məhsulları

1 410,2

1 378,0

İnvestisiya yönümlü mallar

564,3

477,3

Digər mallar

2 137,2

2 080,0

İdxal cəmi

4 721,6

4 662,5



Mərkəzi Bankın hesablamalarına görə, idxalın strukturunda xüsusi çəkisi 10,3% təşkil edən xarici investisiyalar hesabına gətirilmiş maşın-avadanlıqların 77,8%-ni beynəlxalq neft-qaz kontraktları çərçivəsində istifadə olunmuş investisiyalar hesabına idxal edilmiş mallar təşkil edib. Bundan başqa, ölkəyə ümumi məbləği 2 080,0 mln. dollar olan istehsal təyinatlı maşın-avadanlıq, kimya, qara və əlvan metal məhsulları da gətirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR