Bank Of Baku

«NBC Bank» yeni pulköçürmə sisteminə qoşulub

«NBC Bank» yeni pulköçürmə sisteminə qoşulub
# 13 dekabr 2010 12:31 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «NBC Bank» ASC «Caspian Money Transfer» beynəlxalq pulköçürmə sisteminə qoşulub.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, artıq bu sistem üzrə xidmətlərə başlanılıb və hazırda bankın bütün filialları prosesi qoşulub.

«Caspian Money Transfer» sistemi fiziki şəxslərə Azərbaycandan kənara və əksinə, həmçinin MDB və Baltikyanı ölkələrə, yaxın və uzaq xaricə pulköçürmə əməliyyatlarına şərait yaradır.

Bununla yanaşı, müştərilər bankda «Western Union», «Contact», «Privat Money», «Bıstraya Poçta», «Xpress Money», «Allure» və «Zolotaya Korona» sistemləri vasitəsi ilə də pul köçürmələri apara bilərlər.

Xatırladaq ki, «NBC Bank» ASC 1992-ci ilin dekabrından fəaliyyətə başlayıb. Cari ilin oktyabr ayının 1-nə bankın aktivlərinin həcmi 47,594 mln. manat, kredit portfeli 40,375 mln. manat, o cümlədən istehlak kreditlərinin həcmi 35,886 mln. manat, depozit portfeli 8,970 mln. manata, o cümlədən əhalidən cəlb edilən əmanətlərin həcmi 7,995 mln. manat, məcmu kapitalı 17,283 mln. manat, o cümlədən nizamnamə kapitalı 16,071 mln. manat təşkil edib. Bankın ölkə üzrə 7 filialı, 6 bankomatı və 46 POS-terminalı var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR