Bank Of Baku

«Qala Həyat» sığorta şirkəti yeni ofisə köçüb

«Qala Həyat» sığorta şirkəti yeni ofisə köçüb
# 13 dekabr 2010 13:50 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Qala Həyat» sığorta şirkəti yeni baş ofisə köçüb. Bunu «APA-Economics»ə açıqlamasında şirkətin İdarə Heyətinin sədri Abbas Babayev bildirib.

A.Babayevin sözlərinə görə, şirkət tərəfindən icarəyə götürülmüş ofis Bakı şəhərinin R.Behbudov küçəsi,71 ünvanında yerləşir: «Yeni ofisdə fəaliyyətimiz müvəqqəti xarakter daşıyır. Çünki gələn il şirkət üçün daxili imkanlar hesabına yeni binanın tikilməsi və ya hazır ofisin alınması nəzərdə tutulub», - deyə A.Babayev bildirib.

Qeyd edək ki, şirkət əvvəllər paytaxtın Araz küçəsi,7 ünvanında fəaliyyət göstərib.

Xatırladaq ki, «Qala Həyat» sığorta şirkəti 2008-ci ilin iyulunda «Qala Sığorta» şirkəti adı ilə fəaliyyətə başlayıb. Hazırda şirkətin təsisçiləri rolunda «AzRe» təkrarsığorta şirkəti (60%) və 1 fiziki şəxs (40%) çıxış edir. Şirkət həyat sığortasına aid 2 icbari və 1 könüllü sığorta növləri üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR