Bank Of Baku

Azərbaycan İpoteka Fondu istiqrazların ikinci emissiyasının yerləşdirilməsini tamamlayıb

Azərbaycan İpoteka Fondu istiqrazların ikinci emissiyasının yerləşdirilməsini tamamlayıb
# 13 dekabr 2010 14:16 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan İpoteka Fondunun ümumi həcmi 75 mln. manat təşkil edən, AZ200200868 seriyalı istiqrazlar emissiyasının 5 mln. manatlıq son hissəsinin yerləşdirilməsi üzrə hərrac keçirilib. BFB-dən «APA-Economics»ə verilən məlumata görə, sifarişlər 4 investor tərəfindən təqdim olunub, sifarişlərin ümumi məbləği nominal üzrə 8 072 000 manat təşkil edib.

Sifarişlər 103,1992% qiyməti ilə təqdim edilib. İstiqrazların nominal üzrə reallaşdırılmış həcmi 5 mln. manat məbləğində müəyyən edilib. İstiqraz vərəqələrinin ödəmə tarixi 2019-cu ilin dekabrın 11-dir. Bu yerləşdirmə ilə həmin buraxılış tam həcmdə yerləşdirilib.

Qeyd edək ki, 2010-cu il noyabr ayının 19-da Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən Azərbaycan İpoteka Fondunun 60 mln. manat məbləğində təmin edilmiş istiqrazlarının emissiya prospekti qeydiyyata alınıb və artıq yaxın vaxtlarda bu buraxılışın yerləşdirilməsinə başlanacağını gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR