Bank Of Baku

Azərbaycanda cari transfertlər üzrə müsbət saldo azalıb

Azərbaycanda cari transfertlər üzrə müsbət saldo azalıb
# 13 dekabr 2010 14:19 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın tədiyə balansında əks olunan cari transfertlər üzrə xarici ölkələrlə aparılan əməliyyatların ümumi həcmi 2010-cu ilin yanvar-sentyabr aylarında 1,6 mlrd. dollar təşkil edib. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, bu məbləğin 62,1%-ni ölkəyə daxilolmalar təşkil edir.

Cari transfertlər üzrə ümumi daxilolmaların 94,2%-ni xarici ölkələrdən fiziki şəxslərə köçürülən pul baratları, 2,2%-ni ölkəyə gətirilən humanitar mallar, 3,6%-ni isə digər daxilolmalar təşkil edib.

Bütövlükdə, cari transfertlər üzrə əməliyyatların müsbət saldosu 397,05 mln. dollar təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 17% azdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR