Bank Of Baku

«AXA MBASK» şirkəti veb-saytını yeniləyib

«AXA MBASK» şirkəti veb-saytını yeniləyib
# 14 dekabr 2010 06:54 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan-Fransa «AXA MBASK» sığorta şirkətinin səhmdarlarının tərkibində edilən dəyişikliklərlə bağlı şirkətin rəsmi veb-saytı yeni variantda (www.axambask.az) hazırlanıb.

Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, saytın səhifələrində şirkət, sığorta növləri haqqında xeyli yeni məlumatlar yerləşdirilib. Saytdakı məlumatın yenilənməsi əhəmiyyətli dərəcədə asanlaşıb və bu onu daha aktual vəziyyətdə saxlamağa imkan verir. Saytın dizaynı dəyişdirilərək «AXA Group»un standartlarına uyğunlaşdırılıb. Sayt üzrə naviqasiya sistemi sayta daxil olanlara bütün zəruri məlumatı tez və asan tapmaq imkanı verir. Yeni saytın başlıca prinsipləri – istifadəçi üçün rahatlıq, naviqasiyanın intuitiv sadəliyi, təsviri lakoniklik, məlumatın dolğunluğu və şəffaflıqdır.

Xatırladaq ki, bu ilin oktyabr ayında «MBASK» sığorta şirkətinin nəzarət səhm paketi (51%) «AXA Group»un (Fransa) törəmə şirkəti olan «AXA Sequros generales S.A, De Sequros Y Reasequros» (İspaniya) şirkətinə satılıb. Şirkətin səhmlərinin 49%-i isə yerli fiziki şəxsə - Eldar Qəribova məxsusdur.

«AXA MBASK» sığorta şirkəti 1992-ci ildə «MBASK» adı ilə fəaliyyətə başlayıb. Cari ilin dekabr ayının 1-nə şirkətin nizamnamə kapitalı 5,730 mln. manat təşkil edib. Şirkət 29 sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR