Bank Of Baku

MONEYVAL-ın növbəti plenar iclasında Azərbaycanla bağlı xüsusi bəyanat səslənib

MONEYVAL-ın növbəti plenar iclasında Azərbaycanla bağlı xüsusi bəyanat səslənib
# 14 dekabr 2010 08:46 (UTC +04:00)
Bakı - APA-Economics. Bu il dekabrın 7-10-da Strasburqda (Fransa) Avropa Şurasının Pulların Yuyulmasına və Terrorçuluğun Maliyyələşdirilməsinə Qarşı Tədbirlərin Qiymətləndirilməsi üzrə Ekspert Komitəsinin (MONEYVAL) 34-cü plenar iclası keçirilib.

APA-Economics”in xəbərinə görə, iclasda Azərbaycanı Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Rüfət Aslanlının rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Plenar iclasın gündəliyinə üzv ölkələr tərəfindən pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə (PY/TMM) sahəsində fəaliyyətin qiymətləndirilməsi, bu sahədə tədbirlərin səmərəliliyinin artırılması, beynəlxalq əlaqələr, komitənin 2011-ci il üzrə Fəaliyyət Planının müzakirəsi kimi məsələlər də müzakirə edilib.

İclasın gündəliyinə Azərbaycanla bağlı məsələ daxil olunmasa da, MONEYVAL prezidenti tərəfindən ölkəmizə dair xüsusi bəyanat səsləndirilib. Bildirilib ki, Azərbaycanın İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Maliyyə Tədbirləri üzrə İşçi Qrupunun (FATF) monitorinq rejimi tətbiq edilən ölkələrin siyahısından çıxarılması hökumətin siyasi iradəsinin və PY/TMM sahəsində qısa müddət ərzində əldə olunmuş tərəqqinin, hüquq, tənzimedici və institusional nailiyyətlərin nəticəsidir.

Plenar iclas zamanı Azərbaycan nümayəndə heyəti pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində Moldovada həyata keçirilən tədbirlərin qiymətləndirilməsi və onların FATF-ın 49 tövsiyələrinə uyğunluğu barədə analitik şərhlə çıxış edib.

İclas çərçivəsində Azərbaycan nümayəndə heyəti bir sıra ikitərəfli faydalı görüşlər keçirib, pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində aparılan işlər üzrə əməkdaşlığın yaradılması və genişləndirilməsinə dair fikir mübadiləsi aparıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR