Bank Of Baku

Azərbaycanda əsas kapitala yatırılan sərmayə son bir ildə 15% artıb

Azərbaycanda əsas kapitala yatırılan sərmayə son bir ildə 15% artıb
# 14 dekabr 2010 10:49 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycanın iqtisadi və sosial sahələrinə bütün maliyyə mənbələrindən əsas kapitala 7,7 mlrd. manat həcmində vəsait yönəldilib, 5,1 mlrd. manatlıq tikinti-quraşdırma işləri görülüb. Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, əsaslı vəsaitin 76,2%-ni və ya 5,9 mlrd. manatını daxili investisiyalar təşkil edib.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə əsas kapitala yönəldilmiş vəsaitin məbləği 15,2%, o cümlədən tikinti-quraşdırma işlərinin aparılmasına sərf edilmiş vəsait 9,6% artıb. Məhsul istehsalı obyektlərinin inşasının aparılmasına investisiyanın 50,8%-i, yaxud 3,9 mlrd. manatı sərf olunub.

Əsas kapitala yönəldilmiş sərmayənin çox hissəsini (53,1%) müəssisə və təşkilatların vəsaitləri, 31,7%-ni büdcə vəsaitləri təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR