Bank Of Baku

«Expressbank» ASC «Bistraya Poçta» sisteminə qoşulub

«Expressbank» ASC «Bistraya Poçta» sisteminə qoşulub
# 14 dekabr 2010 14:03 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Expressbank» ASC «Bistraya Poçta» beynəlxalq pulköçürmə sisteminə qoşulub. Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bu sistem bankın qoşulduğu sayca beşinci pulköçürmə sistemidir.

Bankdan bildirilib ki, yaxın gələcəkdə bank daha iki sistemə - «Contact» və «Zolotaya Korona» beynəlxalq pulköçürmə sistemlərinə də qoşulmağı planlaşdırır. «Müxtəlif beynəlxalq pulköçürmə sistemlərini tətbiq etməklə bank öz müştərilərinin artan tələbatlarını ödəməyə və onlar üçün maksimum rahatlığı təmin etməyə çalışır».

Xatırladaq ki, «Expressbank» ASC 1989-cu ildən 2010-cu ilin mart ayınadək «Azərnəqliyyatbank» adı ilə fəaliyyət göstərib. Bankın səhmlərinin 100%-i hüquqi şəxslərə məxsusdur. Bankın məcmu kapitalı 57,051 mln. manat, o cümlədən nizamnamə kapitalı 51,352 mln. manat təşkil edib. Bankın hazırda ölkə üzrə 8 filialı fəaliyyət göstərir ki, bunun 6-sı regionlarda yerləşir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR